ÖLKƏ
10:15 / 05.05.2021
248

Bakıda ən yüksək yoluxma bu rayondadır

Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

HİT.Az-ın koronavirusinfo.az saytına istinadən verdiyi xəbərə görə, paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma 14,7 faiz təşkil edir.

Xətaidə yoluxma 13,4 faiz, Yasamalda 12,4 faiz, Sabunçuda 11,1 faiz, Nərimanovda 8,2 faiz, Suraxanıda 8,2 faiz, Nəsimidə 7,9 faiz, Xəzərdə 7,1 faiz, Nizamidə 7,0 faiz, Səbaildə 5,1 faiz, Qaradağda 4,5 faiz, Pirallahıda 0,5 faizdir.

0