Şəhid Elşən Yunisli dəfn edildi - YENİLƏNİB/FOTO

ÖLKƏ
11:42 / 27.06.2021
1501

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailə üzvləri, kənd sakinləri iştirak edib.

E. Yunisli rayonun Təzəkənd kənd qəbiristanlığında dəfn edilib.

Dəfndən sonra havaya yaylım atəşi açılıb.

10.34

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid Elşən Fazil oğlu Yunislinin nəşi rayonunun Təzəkənd kəndində gətirilib.

Mərasimdə Rayon İcra Hakimiyyətin nümayəndələri, şəhid ailə üzvləri, kənd sakinləri iştirak edir.

Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.

0