Vətən müharibəsi qazisi koronavirusdan vəfat etdi - FOTOLAR

ÖLKƏ
11:15 / 06.07.2021
1847

Vətən müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib.

HİT.az xəbər verir ki, bu barədə lent.az-a mərhumun qohumları məlumat verib.

Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-ə yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki. E.Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. O, iki dəfə ayağından yaralanıb.

Allah rəhmət eləsin!

1