Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində faəliyyət göstərən “Hacı Bəyverdi” məscidində su problemi yaşanır.
Bu barədə HİT.Az-a yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, iş o yerə çatıb ki, məscidin yuyatına gətirilən meyitləri yumağa belə su yoxdur. “Bu günlərdə məscidə meyit gətirilib. Yumağa su tapılmayıb. Ölü sahibləri məcbur olub mağazadan 20 litrlik su alıblar ki, meyitləri yuyulsun”, - deyə sakinlər bildirib.
Sakinlərin sözlərinə görə, problemlə əlaqədar qəsəbə nümayəndəliyi və bələdiyyəyə müraciət etsələr də, nəticə olmayıb. “Bu problemi həll etmək üçün məscidə keyfiyyətli su çəni qoyulmalıdır”, - sakinlər əlavə edib.
İcra nümayəndəliyinin hesabatında qəsəbədə hər hansı problemin olmadığı, şəraitin yaxşı olduğu qeyd edilib. Amma göründüyü kimi, heç də belə deyil. Bu halda dövlət büdcəsindən ayrılan pulların qaranlıq məqsədlərə sərf edilməsinə şübhələr yaranır.
"Hacı Bəyverdi" məscidi 1991-ci ildən yerli sakinlərin ixtiyarına verilib. 2017-ci ildə isə dövlət qeydiyyatına alınıb.
VÜQAR