Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ordenlərinin sayı 4-ə çatıb.
HİT.Az xəbər verir ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən nazir bundan əvvəl 3 orden alıb.
O, 2008-ci ildə “Azərbaycan bayrağı”, 2011-ci ildə “Şöhrət”, 2015-ci ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.
Kəmaləddin Heydərov 2006-cı ildən Fövqəladə Hallar naziri vəzifəsində çalışır. 1995-2006-cı illərdə isə Dövlət Gömrük Komitəsinin sədri olub.
Sabah Kəmaləddin Heydərovun 60 yaşı olur.
VÜQAR