Elşən Gəncəvi "Azərbaycan Brendi 2021" Mükafatına layiq görülüb - FOTOLAR

ÖLKƏ
15:36 / 15.11.2021
1378

İctimai Xadim, İş Adamı, "Ganjavi Holding"-in prezidenti Elşən Gəncəvi "Azərbaycan Brendi 2021" Mükafatına layiq görülüb. 

HİT.az xəbər verir ki, "A Media Group" tərəfindən təşkil edilmiş "BRAND OF AZERBAIJAN AWARDS 2021" təqdimetmə mərasimində Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərən peşəkar şəxslər və şirkətlər mükafatlandırılıb. Elşən Gəncəvi ictimai xadim olaraq mükafatçılar sırasında olub.

Təqdimetmə mərasimində "Ganjavi Holding" Azərbaycanda iqtisadi və ictimai sahələrdə biznes təşəbbüslərinin inkişafı istiqaməti üzrə mükafatlandırılıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

Elşən Gəncəvi "Ganjavi Holding”in prezidenti, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyi - İctimai və Sosial Şuranın rəhbəri, "NAJAFSOY GROUP”, "Pi Education”, "King Construction" şirkətlərinin təsisçisi, "Oxu-magiya" kitabının müəllifi, "Ganjavi Media” informasiya şəbəkəsinin rəhbəri, "Siyasi.az" xəbər portalının baş redaktoru, "İslahat.az” xəbər portalının, "Cari.az" və "İctimai.az” informasiya portalının yazarıdır.

"PUBLIC" və "GƏNCƏVİ” jurnallarının təsisçisi və baş redaktorudur. İctimai, sosial və iqtisadi layihələrin müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

0