Kəlbəcərdə şəhid olan hərbi qulluqçumuz dəfn edildi - YENİLƏNİB + FOTO

23:20 / 09.12.2021
1302

Xəbər verdiyimiz kimi, ötən gün Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Asif Əliyevin nəşi bu gün ailəsinə təhvil verilib.

Şəhidin dünyaya göz açdığı Siyəzən rayonunda keçirilən vida mərasimindən sonra o, torpağa tapşırılıb. Allah rəhmət eləsin.

20:33

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Oxu.Az xəbər verir ki, onun nəşi bu gün axşam saatlarında doğulduğu Siyəzən rayonuna gətirilir..

Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhid Siyəzəndə torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

0