Bakıda 20-yə yaxın avtobus gecikir - SƏBƏB/FOTO

ÖLKƏ
10:33 / 15.12.2021
612

Hazırda Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində kənar yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən sıxlıq müşahidə edilir.

HİT.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, sıxlıqla əlaqədar bu yolla hərəkət edən 1, 13, 38, 184, M3 və M8 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalınada ləngimələr var. Hazırda qeyd edilən marşrut xətləri üzrə 20-ə yaxın avtobus sıxlıqda qalaraq gecikir.

Nəticədə Yusif Səfərov-"28 May" m/st-sı eləcə də Koroğlu Rəhimov küçəsi-"Gənclik" m/st-sı istiqamətlərindəki dayanacaqlarda sərnişin sıxlığı müşahidə edilir.

0