ÖLKƏ
22:28 / 06.05.2022
333

Bakıda yanğın olub - FOTO

Bakıda yanğın hadisəsi olub.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə Nəsimi rayonunda, “20 Yanvar dairəsi” yaxınlığında, “Bravo” supermarketin arxasındakı boş ərazidə - zibilxanada qeydə alınıb. Hadisə zamanı 150 kv m. ərazidə məişət tullantıları yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib və yanğın söndürülüb.

0