ÖLKƏ
15:00 / 23.06.2022
161

Dövlət qulluqçularının peşə bayramı günü Ağstafada qeyd olundu - FOTOLAR

23 iyun dövlət qulluqçularının peşə bayramı günü Ağstafada qeyd olunub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, müavinləri və dövlət qulluğu sahəsində çalışan məsul şəxslər iştirak ediblər.

Öncə tədbir iştirakçıları Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan, Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrətinin gündən-günə artması, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılması barədə geniş bəhs olunub.

Sonda fəaliyyətlərində fərqlənən dövlət qulluqçuları Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunublar.

0