Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına raket düşdü, binada çatlar əmələ gəldi

ÖLKƏ
18:52 / 26.06.2022
820

Azərbaycanın Kiyevdəki səfirliyi yaxınlığında raket zərbəsi olub və nəticədə binanın divarlarında çatlar əmələ gəlib.

HİT.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Məlumata görə, 2 ay əvvəl də səfirliyin binası zərbədən zədələnib. Lakin bunun nəticələri aradan qaldırılıbmış.

Bu gün isə bina yenidən ziyan dəyib, səfirlik əməkdaşlarının həyatı təhlükə altına düşüb. Qeyd edək ki, Kiyevdəki səfirliyimiz 60-cı illərdən qalma binada yerləşir. Bina yeni təmir edilibmiş.

İndi isə zərbə daha da yaxında olduğu üçün binanın divarlarında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb.

0