Yağış və külək nə vaxtadək davam edəcək?

11:45 / 03.07.2022
1030

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 3-ü gündüz saatlarınadək davam edəcəyi, 4-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən HİT.az-a verilən məlumata görə, fasilələrlə yağıntılı hava şəraiti isə 5-dək əsasən şimal və qərb rayonlarında davam edəcək.

Birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27° isti olacaq.

0