Ordumuz tərəfindən zərərsizləşdirilən erməni zərbə dronlarının görüntüləri - FOTO

ÖLKƏ
21:28 / 12.05.2023
572

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilib və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.
Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.

0