Ailə zorakılığı cəmiyyətin ən ağrılı problemlərinin başında gəlir.
Təəssüf ki, müsir dünyamızda hələ də ailə zorakılığının şahidi oluruq. Təbii ki, bu problemin əsas qurbanları isə uşaqlar olur. Uşaqlaq özləri də məişət zorakılığa məruz qalır.
Niyə uşaqlar məişət zorakılığının qurbanı olur?
Sosioloq Aytəkin Kamranqızı Hit.az- a açıqlamasında qeyd edib ki, dünyadakı heç bir cəmiyyət, hətta ən qabaqcıl ölkələr belə, uşaqlara qarşı məişət zorakılığının öhdəsindən tam gələ bilmir:
“Uşaq zorakılığının əsas səbəbi narkoman ailələrdə olur, yəni ailədə hansısa üzv narkomandırsa və yaxud da həbsxanaya düşübsə, ailədə narkomaniya varsa, belə uşaqlarda uşaq zorakılığı daha geniş yayılıb. Lakin uşaqlar fiziki olaraq problemsiz ola bilərlər, amma psixoloji olaraq çox gərginlik yaşayırlar. Bu onların yeniyetməlik dövründə və ya daha böyük yaşlarında da özünü göstərir. Ümumiyyətlə, zorakılığın müxtəlif növləri var, bunlardan biri də istismardır. İstismara uğrayan uşaqlar təhsildən kənar qalırlar, özlərini dəyərsiz kimi hiss edirlər. Əgər hər hansı bir uşaq cinsi zorakılığa məruz qalıbsa ,bu onların gələcəkdə travma almasına gətirib çıxarır. Bu problemlər uşaqda ünsiyyət problemi, özünəqapanma, aqressiya yaradır. Onlar gələcəkdə ailə sahibi ola bilmirlər. Kişilərdə qadınlara qarşı, qadınlarda isə kişilərə qarşı nifrət yaranır. Bunun əslində səbəbləri müxtəlifdir, sadəcə zorakılığai zədə alır”.
Sevinc