Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni binasının yeri məlum oldu

17:35 / 05.12.2023
270

Bakı Ağır Cinayətlər Məhkəməsi üçün inşa edilən yeni inzibati binanın yeri məlum olub.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq məhkəmədən məlumat verilib.

Bildirilib ki, artıq yeni inzibati binanın tikintisi ilə bağlı Ədliyyə Nazirliyinin müvafiq strukturu tərəfindən tender elan olunub, amma hələ tenderin qalibi müəyyənləşməyib:

"Qalib müəyyənləşəndən sonra inzibati binanın da inşa olunacağı ərazi tam təsdiqlənəcək. Hazırda yeni inzibati bina üçün Sabunçu rayonunda yerləşən Bakı İstintaq Təcridxanasının yaxınlığı nəzərdə tutulub. Amma həmin yerin binanın tikintisi üçün yararlı olub-olmadığı yekunda bilinəcək. Tenderin nəticəsindən asılı olaraq, yaxın vaxtlarda tikinti işlərinin aparılacağı yer də tam müəyyənləşəcək".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı inzibati binası paytaxtın Səməd Vurğun küçəsi 30 ünvanında yerləşir.

0