Xəyalə Rəis Moderator.az saytına baş redaktor təyin edildi

12:35 / 09.12.2023
520

Tanınmış jurnalist Xəyalə Rəis Moderator.az saytına yeni baş redaktor təyin edilib.

HİT.az xəbər verir ki, o, bu barədə “Facebook” hesabında paylaşım edib:

“Bundan sonra fəaliyyətimə Moderator.az saytının baş redaktoru olaraq davam edəcəm. Mərhum Zülfüqar Hüseynzadənin yadigarı olan bu saytı onun ailəsinin və kollektivinin dəvəti ilə yaşadacaq, daha böyük uğurlar qazanmasına çalışacağam. Buradan ayrıldığım il yarım ərzində Zülfüqar Hüseynzadə “Moderator.az”ın ofisində adım yazılan lövhəni belə, çıxarmamışdı. Bu günləri bilirmiş kimi, “O bir gün qayıdacaq” deyirdi. Ruhunuz şad olsun, Zülfüqar müəllim! Bu etimada görə sizdən sonra ailənizə təşəkkür edirəm! Moderator.az Azərbaycan media məkanında öz sözünü demiş, tanınmış bir saytdır. İnanıram ki, sizlərin də dəstəyi ilə onun hələ uzun illər söz sahibi olmasına nail olacağıq”, 

Xatırladaq ki, indiyə qədər “Kaspi” qəzetində müxbir, “Moderator.az” saytında şef redaktor, “Medianews.az” saytında baş redaktor kimi çalışıb.

0