Adı abad, özü bərbad olan küçə - Nə ondadı nə bunda

18:14 / 14.02.2024
273

Bakı şəhəri Xətai rayonunda yerləşən Abbasabad küçəsinin sakinləri dərdlərini kimə desinlər bilmirlər.

Hit.az-a müraciət edən küçə sakinləri bildiriblər ki, təxminən-4-5 min nəfərin yaşadığı bu böyük küçənin yolları bərbad vəziyyətdədir.

“Şikayət elədik, bizə İcra Hakimiyyətindən dedilər ki, daha sizin küçənizin adı Mirzə Davud deyil, Abbasabaddır. 

Küçənin adını dəyişib, abad edincə,  özünü abadlaşdıraydınız . Bunun harası abaddır, bərbad gündəyik. Maşınlar dözmür, küçəyə taksilər gəlmək istəmir. Yola işıq çəkiblər , onu da yarısını işıqlandırıb, yarımçıq qoyub gediblər. Elə bil lağ edirlər bizimlə. Yağış yağanda küçə gölə dönür, çala çuxurda adam gizlənər”. 

Bunu küçə sakini Ələddin Qədirov deyi.

Küçə sakini Fatma Bəndəliyeva isə bildirib ki, problemlə bağlı dəfələrlə Xətai rayon İcra Hakimiyyətinə, “Azəryolservis”ə müraciət etsələr də, küçənin yiyəsi tapılmayıb.

 “Biz sadəcə yol çəkilsin istəyirik, İcra Hakimiyyəti deyir bizlik deyil, “Azəryolservis” də deyir bizə heç dəxli yoxdur. Bəs bu işlərə kim baxmalıdır?”.

Hit.az-ın məsələ ilə müvafiq sorğusunu cavablandıran Xətai rayon İcra Hakimiyyətinin sözçüsü Pənah İmanov bildirib ki. sakinlərin şikayəti barədə məlumatlıdır:

“Küçənin təmir işləri plana salınıb. Yaxın zamanda  abadlaşma işləri aparılacaq” -deyə o bildirib.

 Hərçənd bu yaxın zamanın dəqiq nə zaman olacağını kimsə bilmir. Çünki eyni vəd artıq 3 ildir verilir. O ki qaldı bu problemin həllinə , yardım etməli olan bələdiyyəyə, hə o heç yoxdur, ancaq adı var. Dövlətdən maaş alıb yeyirlər, amma problem olanda görünmürlər. Tapana biz tərəfdən mükafat veriləcək"

Murad

343842

0