"Yüksək səviyyədə tibb təhsili almaq istəyirəm" - 300 bal toplayan Fidan

ÖLKƏ
12:03 / 03.04.2024
521
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.
 
Maksimum nəticə göstərən - 300 bal toplayan şagirdlərdən biri də Fidan Rüstəmlidir. O, Bakı şəhərində yerləşən 257 nömrəli tam orta məktəbin şagirdidir.
 
Fidan Rüstəmli imtahanla bağlı təəsüratlarını Modern.az-la bölüşüb. 
 
O, 4-cü qrupa hazırlaşdığını və həkim olmaq istədiyini bildirib:
 
"4-cü qrup üzrə imtahanda iştirak edəcəm. Dərslərimə hazırlaşmağa başlayanda həmişə fikirləşirdim ki, DİM-dən 300 bal mesajı gələcək. Həmişə bu stimulla hazırlaşmışam. 9-cu sinifdə buraxılış fənləri üzrə hazırlaşdım. 10-cu sinifdə sadəcə riyaziyyatdan hazırlaşmışam. 11-ci sinifdən başlayaraq buraxılış fənlərinə hazırlaşıram".
 
Fidan 700 bal toplamağı hədəfləyir:
 
"Əlbəttə, məqsədim 700 baldır. Eyni stimulla  hazırlaşıram. İnanıram ki, yaxşı olacaq. 11-ci sinifə qədər həmişə həkim olmaq istəmişəm. Yüksək səviyyədə tibb təhsili almağı planlaşdırıram. Universitet olaraq Azərbaycan Tibb Universiteti seçmək, təhsilimi xaricdə tamamlamaq istəyirəm. İxtisası təhsil alandan sonra seçəcəm. Yaxşı hazırlaşmağım üçün valideynlərim, məktəb rəhbərliyi, müəllimlərim həmişə dəstək olub”.
 
0