Arzu etdiyim xəyalların gerçəkləşdiyini görürəm- Deputat

23:55 / 15.05.2024
165

“Mən xoşbəxt insanam ki, 50 il öncə arzu etdiyim xəyalların gerçəkləşdiyini görürəm. Hələ 60-cı illərdə universitetdə oxuyanda biz gizli dərnək qurub, azad Azərbaycan ideallarından danışırdıq. O dərnəkdə Bəxtiyar Vahabzadə də var idi. Bu arzuları bizim beynimizə oxuduğumuz kitablar, Təbrizlə bağlı yazılan romanlar, şeirlər salmışdılar”.

Bu fikirləri Hit.az-a millət vəkili Fəzail Ağamalı səsləndirib:

“Sovet dövründə tarixi bizdən gizlədirdilər, biz türk olduğumuz da bilmirdik. Anadan olduğum Qərbi Azərbaycanda ermənilər hələ o vaxtdan milli ayrı seçkilik salır, dava edir, dalaşanda da bizə “türk” -deyib , təhqir edirdilər. Yalnız çox sonralar öyrəndim ki, Stalinin hakimiyyətinə qədər bizim pasportlarımızda milliyyətimiz elə türk deyə yazılırmış Cənubi Azərbaycanın Şimali Azərbaycandan qoparılmasını da bədii əsərlərdən öyrənmiş və bu mənim ruhumda bir etiraz, üsyankarlıq yaratmışdı. İllər sonra Azərbaycanı, işğal altında olan Qarabağı azad gördüm. Arzularım çin oldu. Cənubi Azərbaycana da, Zəngəzura da gedəcəyik, buna şübhəm yoxdur”,- deyə o qeyd edib.

Murad

0