Məktəbəqədərə onlayn qəbulda yaranan problemlər

ÖLKƏ
19:19 / 18.07.2024
341

“Son illər təhsil sektorunda baş verən negativlərin qarşısının alınması istiqamətində  müəyyən işlər görülür. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradıldıqdan sonra bağçalarda yoxlanışların sayı artıb. Nəticədə xeyli sayda bağça müdiri işdən azad edilib. Neqativ hal var ki, səhvi olanlar işdən azad edilir”.

Bu fikri Hit.az-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib. 

O bildirib ki, elektron qəbul 3 mərhələdən ibarət olur. Həmçinin, bunu edən şəxsin müəyyən texniki biliyi olmalıdır:

“Onlayn qəbul zamanı müəyyən şərtlər əsas götürülür. Belə ki, ərazi vahidinə görə bəzi tələblər var. Valideynlər bu tələblərə cavab verə bilməyəndə günahkar bilmir kimi çıxarsın”.

Sevinc

0