Kərəm Həsənov Bakıda nəhəng ticarət mərkəzi tikdirir

ÖLKƏ
14:28 / 03.05.2020
7972

Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov yeni biznes mərkəzi tikdirir.

Hit.Az unikal.org-a istinadla bildirir ki, K.Həsənov özünə yaxın tikinti şirkətləri vasitəsi ilə Bakı şəhərinin Heydər Əliyev prospektində böyük bir biznes mərkəzinin tikintisinə başlayıb.

Verilən məlumata görə, dəyəri yüz milyondan çox olan bu mərkəz paytaxtda fəaliyyət göstərən biznes mərkəzlərin ən böyüyü olacaq.

Qeyd edək ki, Bakıda Kərəm Həsənova məxsus böyük obyektlər də fəaliyyət göstərir. Belə ki, Dalğa Plaza, Baxçasaray Şadlıq Sarayı, “Bakı Mall”, “Tarqovı”da Bakı Ticarət Mərkəzi Kərəm Həsənova məxsusdur. Bu obyektlərin idarə olunması oğlu Ceyhun Həsənov tərəfindən həyata keçirilir. Onu da nəzərə çatdıraq ki, K.Həsənov 10 il Əmlak Komitəsinin sədri vəzifəsində çalışıb.

24