Şahdağın yüksəkliklərinə qar yağıb - FAKTİKİ HAVA

ÖLKƏ
16:52 / 12.10.2024
41

Oktyabrın 12-si saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz ,Qəbələ, Zaqatala, Şəki, Qax , İsmayıllı, Altıagac, Quba, Xınalıq, Xaltan, Yevlax, Şabran, Cəfərxan, Göyçay, İmişli, Neftçala, Sabirabad, Şirvan, Mingəçevirdə, Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da və Aran rayonlarında 25, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

0