Temperatur düşəcək, bəzi rayonlarda qar yağacaq - XƏBƏRDARLIQ

ÖLKƏ
13:17 / 04.02.2025
43

Bəzi dağlıq rayonlarda fevralın 6-8-də gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayaraq ayın 8-dək hava şəraiti dəyişəcək.

Belə ki, havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) isə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

0