DSK sədri vəfat etdi

09:39 / 10.05.2025
348

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədri Əbülfət Mikayılov 60 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, o daha əvvəl icra başçısının müavini, təhsil şöbəsinin müdiri kimi vəzifələrdə də çalışıb.

0