Andraş Baka anti-sovet üsyanını xatırlatdı və Ukraynaya dəstəyə çağırdı

DÜNYA
15:23 / 25.09.2026
43

Macarıstan prezidenti Andraş Baka BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı ölkəsində 1956-cı ildə baş vermiş anti-sovet üsyanını xatırladıb və Ukraynaya dəstək göstərməyə çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

“Bu gün Ukrayna öz müstəqilliyini qorumaq üçün mübarizə aparır. 1956-cı ildə macarların uğrunda mübarizə apardığı azadlıq bu gün ukraynalılar üçün də müdafiə etməli olduğumuz eyni azadlıqdır”, deyə Baka bildirib.

Macarıstan prezidenti bildirib ki, ölkəsi Ukraynanın suverenliyinə hörmətlə yanaşılmasını nəzərdə tutan diplomatik yolla münaqişənin həllini istəyir. Onun sözlərinə görə, bu baş verməsə, hər bir kiçik ölkənin öz gələcəyi ilə bağlı narahatlıq keçirməyə əsası olacaq.

1956-cı il Macarıstan üsyanı ölkədə sovetpərəst rejimə qarşı çıxış olub. Üsyan Budapeştdə başlayıb və qısa müddət ərzində silahlı mübarizəyə çevrilib. İmre Nadın rəhbərliyi ilə demokratik hökumətin müvəqqəti formalaşmasına və sovet qoşunlarının paytaxtdan çıxarılmasına baxmayaraq, SSRİ qısa müddət sonra üsyanı yatırıb.

Samir
 

0