Almaniyanın Fulda şəhərində vəfat edən və nəşi Azərbaycana gətirilən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyev Bakıda “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
HİT.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mədəniyyət xadimləri, mərhumun yaxınları iştirak ediblər.
Qeyd edək ki, onunla vida mərasimi Təzə Pir məscidində keçirilib. Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mərhumun yaxınları iştirak edib.






