Gizli paxıllıq edən insanların işlətdiyi 6 “zarafat” – Psixoloqların diqqət çəkdiyi ifadələr

MARAQLI
23:53 / 14.11.2026
28

Bəzi insanlar başqalarının uğurunu və xoşbəxtliyini açıq şəkildə qəbul etməkdə çətinlik çəkirlər. Onlar narazılıqlarını birbaşa bildirmək əvəzinə, istehza və zarafat pərdəsi altında qarşı tərəfin özünəinamını sarsıtmağa çalışırlar.

HİT.az xəbər verir ki, bu barədə “YourTango” nəşri yazıb.

Nəşr gizli paxıllığın göstəricisi ola biləcək altı ifadəni diqqətə çatdırıb.

1. “Bəziləri özünü çox xüsusi hesab edir”

Bu sözlərlə qarşı tərəfin özünəinamını azaltmağa çalışırlar. Belə insanlar başqasının özündən razı olmasını və uğurlarına sevinməsini bəzən təkəbbür kimi təqdim edirlər.

2. “Yəqin hər şeyin hazır şəkildə qarşına çıxması xoşdur”

Bu ifadə ilə insanın əldə etdiyi uğurun arxasındakı zəhmət və fədakarlıq kiçildilir. Qarşı tərəf nailiyyəti şəxsi bacarıqla deyil, əlverişli şərait və ya imtiyazlarla əlaqələndirməyə çalışır.

3. “Görəsən, bu qədər bəxtin necə gətirdi?”

Kiminsə yaxşı işə qəbul olunması və ya uzun müddət çalışdığı məqsədə çatması bəzən bu cür qarşılanır. Belə münasibət uğurun arxasındakı əməyi görməzdən gələrək hər şeyi təsadüflə əlaqələndirmək cəhdidir.

4. “Mən heç vaxt belə geyinməzdim!”

İlk baxışdan şəxsi zövqün ifadəsi kimi görünən bu sözlər bəzən qarşı tərəfin özünəinamını hədəfə alır. İnsanın geyim seçimini ələ salmaqla onun özünü sərbəst ifadə etməsinə mane olmağa çalışırlar.

5. “Bir az da özünü yuxarıdan apar!”

Bu ifadə adətən kiminsə sevindirici xəbər alması və ya işlərinin yaxşı getməsi zamanı işlədilir. Zarafat kimi səslənsə də, qarşı tərəfin uğuruna həddindən artıq sevinməməsi üçün verilən dolayı mesaj ola bilər.

6. “Vay, doğrudan da bacardın!”

Bu cümlə hər zaman səmimi təəccüb və ya tərif anlamına gəlmir. Bəzi hallarda danışan şəxs qarşısındakının belə bir uğura nail olacağına əvvəldən inanmadığını bu yolla büruzə verir.

Nəşr vurğulayır ki, bu cür ifadələr bəzən zarafat və ya adi söhbətin bir hissəsi kimi işlədilə bilər. Buna görə də insanları yalnız bir cümləyə əsasən qiymətləndirmək düzgün deyil. Əsas diqqət sözlərin hansı şəraitdə və hansı münasibətlə deyilməsinə yönəldilməlidir.

Samir
 

0