Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

ÖLKƏ
16:37 / 15.11.2026
39

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.

Bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib. 

Milli Qəhrəman noyabrın 15-də müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. 

Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl E.Əliyevin səhhətində ciddi problemlər yaranmışdı. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilmişdi. Vəziyyəti daha da ağırlaşdığına görə Milli Onkologiya Mərkəzinə köçürülmüşdü. O, son günlər süni nəfəs aparatına qoşulmuşdu. 

Allah rəhmət eləsin!

0