DTX Sərhəd Xidmətində keçirdiyi əməliyyatda kimləri saxlayıb?

ÖLKƏ
14:03 / 13.05.2020
2999

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Hit.Az bildirir ki, BakuPost-un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıb.

Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.

3