Cənubi Amerika koronavirusun yeni episentri elan edilib.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə vəziyyətlər proqramının direktoru Maykl Rayan deyib.
Onun sözlərinə gör, bir çox ölkələr izlənir və Cənubi Amerikada bu rəqəm həddən artıq çoxdur. Ən çox yoluxma halı isə Braziliyada qeydə alınıb.
Bu ölkədə 290 min yoluxma halı qeydə alınıb. 19 min nəfər ölüb. Əsasən San-Paolo rayonunda yoluxma daha çoxdur. Rayanın sözlərinə görə, bu bölgədə hər 100 min nəfərə 490 yoluxma halı düşür ki, bu da yüksək rəqəm hesab olunur.
Rayan qeyd edib ki, ÜST Braziliyaya COVİD-19-la mübarizədə kömək edir.
Cebhe.info