\"Sivasspor\" \"Qarabağ\"a cavab verdi - FOTO

19:06 / 02.10.2020
1733

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyə "Sivasspor"u Ağdam klubunun paylaşımına cavab verib.

"Report"un məlumatına görə, Superliqa təmsilçisi rəsmi "Twitter" səhifəsində Azərbaycan və Türkiyə bayraqlarını paylaşıb.

Fotonun üzərində isə bu sözlər yazılıb: "Qarabağ" FK, can qardaşlarımız, sizi Sivasda qonaq etməyi səbirsizliklə gözləyirik".

Qeyd edək ki, daha əvvəl "Qarabağ" öz "Facebook" səhifəsində "Can Türkiyəyə gəlməyimizi səbirsizliklə gözləyirik" paylaşımı edib.

0