Azərbaycanın iki ölkədəki səfiri dəyişdi

SİYASƏT
11:27 / 12.08.2026
135

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər Sərəncamla Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. O, İsveç Krallığına fövqəladə və səlahiyyətli səfir təyin olunub.

Prezident Nərminə Elsevər qızı Mustafayevanı Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib. O, bir neçə gün əvvəl Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu, eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılmışdı.

0