Sеutada miqrantlar arasında qaşınma xəstəliyi kütləvi yayılıb

DÜNYA
13:49 / 12.08.2026
46

Sеutada miqrantlar arasında qaşınma xəstəliyinin kütləvi yayıldığı, digər infeksiyaların da baş qaldırması riskinin olduğu bildirilir. 

HİT.az xəbər verir ki, bu barədə "Espanol" qəzeti yazıb.

"Daha əvvəl tibbi işçilər insanların kütləvi şəkildə bir yerdə saxlanıldığı şəraitdə çoxsaylı qaşınma hallarının qeydə alındığı barədə məlumat veriblər", deyə məqalədə qeyd edilir.

Qəzetin məlumatına görə, miqrantlar arasında uzunmüddətli təmas və gigiyena qaydalarına kifayət qədər əməl olunmaması qaşınmanın yayılmasına şərait yaradır. Bundan başqa, salmonellyoz, şigellyoz, vərəm, qızılca və hətta vəba kimi digər infeksion xəstəliklərin yayılması riski də yüksəkdir.

Bundan əvvəl "The Maghreb Times" Mərakeş hakimiyyətinin Aralıq dənizinin Afrika sahilində yerləşən İspaniyanın muxtar şəhəri Sеutanın yaxınlığında hündürlüyü 4 metrə çatan maneə inşa etdiyini yazmışdı. Maneənin məqsədi şəhərə yeni kütləvi qanunsuz keçid cəhdlərinin qarşısını almaqdır.

İyulun sonunda Mərakeşdən on minlərlə miqrant İspaniya Ali Məhkəməsinin qanunsuz miqrantların sığınacaq üçün müraciət etmək imkanları yaradılmadan dərhal ölkədən çıxarılmasını qadağan etməsindən sonra qanunsuz yollarla Sеutaya daxil olmuşdu. Bu vəziyyət Madrid və Roma arasında diplomatik qarşıdurmaya səbəb olub. İtaliya İspaniyanı Şengen zonasından çıxarmaqla hədələyib.

Samir

0