Üzərində "gülüş" emojisi olan ilan bu qiymətə satıldı - FOTO

DÜNYA
19:56 / 11.03.2021
1075

ABŞ vətəndaşının evdə bəslədiyi "Royal Python" adlı ilan növünün dərisi diqqət çəkib.  

HİT.az xəbər verir ki, sürünənlərə xüsusi sevgi bəslyən gənc amerikalı ilanının üzərində  müxtəlif emojilərə bənzəyən işarələr görüb. Belə ki, həmin ilandan törəyənlərdə də bu hala rast gəlinib. Onların üzərində "gülüş", " gülümsəmə" və " kədərli" emojilərinə bənzəyən işarələr görmək mümkündür. 

Bununla yanaşı amerikalı, ilanları 6 min dollara satışa çıxarıb. Qısa zamanada ilanlarını satmaqla pul qazanan gənc bu növün yenə də  ərsəyə gələcəyini bildirib. 

0