Paşinyanla Putinin görüş tarixi açıqlandı

DÜNYA
10:33 / 02.04.2021
1216

Ermənistanın Baş naziri Nikol Paşinyan 7 apreldə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.

O, bununla əlaqədar olaraq, hökumət başçısının 2 apreldən bəri özünü təcrid etdiyini bildirib.

Xatırladaq ki, Paşinyanla Putin sonuncu dəfə 11 yanvarda Moskvada görüşüblər.

0
“Qafqazinfo”