Toy günündə qız evi qarət edildi

ÖLKƏ
12:10 / 05.06.2021
1271

Azərbaycanda toy günü oğurluq hadisəsi baş verib.

Toy günü qız evinin mənzilindən 3500 manat pul və 2000 manat dəyərində qızıl aparılıb. Məlumata görə, oğurluq hadisəsində qız evi oğlanın adamlarını ittiham edib.

Belə ki, oğlan evi el adətinə görə, qız evindən "götürməli olduqları” əşyanın yerinə belə bir üsula əl atıb. 

Polis hadisə yerinə gələrək maddi sübutlar və barmaq izlərini götürüb. Faktla bağlı Xətai rayon polis bölməsinin istintaq idarəsində araşdırma aparılır.

0
Bizim.Media