Türkiyədə 2 terrorçu öldürüldü

DÜNYA
20:15 / 21.06.2021
1107

Türkiyədə “Eren-11” əməliyyatı çərçivəsində 2 terrorçu məhv edilib.

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Eren-11” əməliyyatı çərçivəsində Bitlis Hizan ərazisində keçirilən əməliyyatlar zamanı 2 terrorçu zərərsizləşdirilib. “Terrorçulara qarşı əməliyyatlar davam edəcək”, - deyə məlumatda bildirilir.

0