Xames Rodriges Rusiya klubuna keçə bilər

İDMAN
19:59 / 04.08.2021
1684

"Everton"un yarımmüdafiəçisi Xames Rodrigesin xidməti 7 kluba təklif olunub.

Fanat.Az "Caracol Radio"ya istinadən xəbər verir ki, onların arasında Rusiya "Zenit"i də var.

İndilik Sankt-Peterburq təmsilçisinin Kolumbiya yığmasının üzvüylə bağlı mövqeyi bəlli deyil.

Digər 6 klub isə "Milan", "Roma", PSJ, Madrid "Atletiko"su, "Ayaks" və "Sevilya"dır. Mənbə yalnız "Sevilya"nın Rodrigesi heyətinə qatmağın əleyhinə olmadığını, ancaq Əndəlüs klubunun şərtlərinin sözügedən yarımmüdafiəçinin maraqlarıyla üst-üstə düşmədiyini vurğulayıb.

0