35 illik həkim incikliyinə son qoyan əməliyyat

ÖLKƏ
18:42 / 30.09.2026
154

Nə qədər istəməsək də yolumuz bir gün xəstəxana ilə kəsişir. Otuz beş il qabaq rayonumuzun həkimi Əkbərovun kor bağırsağıma uğursuz cərrahi müdaxiləsindən sonra cərrahlara, ümumiyyətlə həkimlərə inamım demək olar ki birdəfəlik itmişdi. Bizdə ailəvi-genetik zob-öd daşı xəstəliyi var. Ailədə ödü kəsilməyən iki nəfər qalmışdıq.

Nə qədər qaçınmağa çalışsam da bir gün əməliyyat labüd oldu. Maddi çətinliklər baxımından düzü əməliyyat istəmirdim. Yenə ailə və bilən kimi yaxın dostlar köməyimə yetişdi. Məbləğ düzəldi, amma həkim seçimim qalmışdı. Bakı düşünsəm də ailə Göyçaydakı Famil həkimin üstündə dayandı. İllər öncə də mamamı ölümcül fəsadlı öd kisəsi problemindən sağ-salamat Famil həkim çıxarmışdı. Heç də yanılmamışıqmış, o qədər kübar, mehriban, peşəsinin hakimi olan bir həkimin sayəsində cəmi bircə gün içində bu dərddən qurtulub evə döndüm.

Famil həkimə burdan böyük təşəkkürlərimi bildirirəm.  Bir dəfə antiterror əməliyyatı vaxtı kəndimizin bir əsgəri yaralanıb ora gətirilmişdi. Onu ziyarət edərkən yaralılara diqqətsiz davranış haqqında yazdığım posta indiki deputat Elçin Mirzəbəyli anında müdaxilə edərək məsələni həll etmişdi. O zaman Göyçay xəstəxanasından olan incikliyimi bir növ Famil həkim təlafi etdi. Bəli, xəstələnməmək üçün insan sadəcə zamanında öz canının qayğısına qalmalıdır. Xəstələnməyin dostlar, hamınıza da Famil həkim kimi peşəsinin hakimiin əlinə düşməyi arzu edirəm. 

Aida Adıgözəl

0