Rusiyada azərbaycanlı qubernator seçilə bilər - Jirinovskinin namizədinə qarşı

DÜNYA
12:37 / 13.08.2021
1956

Rusiyanın Xabarovsk vilayətində sentyabrda qubernator seçkiləri keçiriləcək.

Rusiya mətbuatı xəbər verir ki, seçkilərdə 4 nəfərin namizədliyi qeydə alınıb. Onlar arasında “Rodina” partiyasının üzvü, Xabarovskda biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı Babək Yusif oğlu Məmmədov da var.

Seçkilərdə Liberal Demokrat Partiyasının namizədi Mixail Deqtyarev favorit hesab olunur. // Modern.az

0