Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

DÜNYA
18:37 / 08.09.2021
1055

Türkiyənin qərbində təlimçi təyyarə qəzaya uğrayıb.

Hit.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yerli mənbələrə istinadən yazır.

Qəzetin yazdığına görə, təyyarə İstanbulun 180 kilometrliyində Sakarya əyalətində qəzaya uğrayıb. Ölən və yaralananlar barədə məlumat verilmir. Qəza zamanı təyyarədə neçə nəfərin olduğu da məlum deyil.

Qəza yerində xilasedicilər işləyir.

1