“Taliban” Əfqanıstanın keçmiş vitse-prezidentinin qardaşını edam etdi

DÜNYA
21:48 / 10.09.2021
1279

“Taliban” Əfqanıstanın sabiq vitse-prezidenti Əmrulla Salehin qardaşı Ruhulla Salehi edam edib.

HİT.az xarici mediaya istinadən xəbər verir ki, hadisə taliblərin Pəncşirdə nəzarəti ələ almasından sonra törədilib.

Ruhulla Salehin edamı xəbərini qardaşı oğlu Ebadulla Saleh verib. O bildirib ki, “Taliban” onlara əmisinin cəsədini verməyib və onun meyitinin çürüməli olduğunu deyiblər.

“Taliban”ın informaisya portalı “Alemarah” isə bildirib ki,  Ruhulla Saleh Pəncşirdə döyüşlər zamanı öldürülüb.

0