Sergey Melikov Dağıstan Respublikasının rəhbəri seçildi

DÜNYA
19:48 / 14.10.2021
1338

Dağıstan Xalq Məclisinin deputatları Sergey Melikovu respublikanın rəhbəri seçiblər.

Hit.az xəbər verir ki, Xalq Məclisinin 90 deputatından 82-si Melikova səs verib.

Melikov and içərək rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, 2020-ci il oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Vladimir Vasilyevin istefasını qəbul edib və onu özünə məsləhətçi təyin edib. Sergey Melikov isə Dağıstanın müvəqqəti başçısı vəzifəsinə təyin edilib.

0