"Paşinyanı həbs edəcəyimi vəd edirəm" - Erməni deputat (VİDEO)

DÜNYA
14:22 / 04.11.2021
1378

"44 günlük müharibənin araşdırılması üzrə komissiyanın işinin nəticələri Baş prokurora göndərilməlidir". 

Unikal.org erməni  KİV-ə  istinadən xəbər verir  ki,  bu  sözlri  “Hayastan” fraksiyasının üzvü Artur Qazinyan  parlamentin iclasında deyib. 

“Təbii ki, bu, iqtidaryönlü deputatlarda müəyyən təşviş yaratdı. Dedim ki, qapalı məruzə ilə yanaşı, açıq məruzə də verilsin, hökumətin müharibə zamanı verdiyi qərarlar ətraflı şəkildə təqdim olunsun. Nəticə belə oldu ki, daimi, anlaşılmaz seçki, seçilməmə, sirkə çevrilmə prosesi başladı. Aydın oldu ki, bizim gündəm onlar üçün məqbul deyil”, - deyə müxalifətçi deputat bildirib.

O, sonda bu cinayətlərin peşəkar, ixtisaslaşmış müstəntiqlər tərəfindən hüquqi müstəvidə araşdırılmasının, cinayət məsuliyyətinə cəlb olunmasının tərəfdarı olduqlarını vurğulayıb.

“Komissiyanın işinin nəticəsi, faktiki məlumatlar Baş prokurora göndərilməlidir. Həmkarlarımıza faktları təqdim edəcəyimi, Nikol Paşinyanı həbs edəcəyimi vəd edirəm. Milli Məclisin Müdafiə və Təhlükəsizlik daimi komissiyasındakı dostlarımın işinin bir əsas məqsədi var - həmin faktları tapıb Baş prokurora təqdim etmək. Biz bu yolla qətiyyətlə gedəcəyik", - Artur Qazinyan ifadə  edib. 

 

0