Saakaşvili döyüldüyünü iddia edib

DÜNYA
11:20 / 09.11.2021
1262

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili penitensiar xəstəxanaya  yerləşdirildikdən sonra döyüldüyünü deyib.

TASS xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Nika Qvaramiya xəbər yayıb. Vəkil brifinqdə keçmiş liderin məktubunu oxuyub:

“Penitensiar xəstəxananın işçiləri məni maşından çıxarmağa başladılar. Sonra məni zorla itələdilər, saçımdan sürüdülər".

Vəkilin sözlərinə görə, Saakaşvili penitensiar xəstəxanada müalicədən imtina edir, dərman qəbul etmir və aclıq aksiyasını davam etdirir.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi Saakaşvilinin penitensiar xəstəxanaya köçürülməsi ilə bağlı Gürcüstana nota göndərib.

 

1
Yeniavaz.com