NATO-nun baş katibi Mark Ruttebildirib ki, ABŞ Şimali Atlantika Alyansı çərçivəsində Avropa ölkələrinə hücum olacağı təqdirdə onları müdafiə edəcək.
HİT.az xəbər verir ki, bu barədə o, Norveçin baş naziri Yonass Qar Störe ilə keçirdiyi mətbuat konfransında danışıb.
Rutte qeyd edib ki, faktlar ABŞ-ın təkcə NATO-ya sadiqliyini bəyan etmədiyini, həm də bunu praktikada göstərdiyini sübut edir. Onun sözlərinə görə, hazırda Avropada 80 mindən çox ABŞ hərbçisi yerləşdirilib.
“ABŞ-ın nüvə çətiri Avropanın azadlığının əsas təminatıdır. Mən bu sorğuları görürəm [Avropalıların yalnız 11%-nin ABŞ-ı müttəfiq hesab etməsi], lakin faktlar hər şeyi göstərir”, deyə Rutte bildirib.
Onun sözlərinə görə, Avropada ABŞ hərbi qüvvələrinin mövcudluğu və kollektiv müdafiəyə töhfəsi Vaşinqtonun hələ də hərbi bloka sadiq olduğunu sübut edir.
May ayında ABŞ dövlət katibi Marko Rubio NATO baş katibi Mark Rutte ilə görüş zamanı alyansı hərbi istehsalı artırmağa çağırmışdı. O, ABŞ-ın NATO-dan müdafiə sənayesinin genişləndirilməsini və maliyyə öhdəliklərinin real döyüş imkanlarına çevrilməsini gözlədiyini bildirmişdi. Rubioya görə, NATO-nun gücü Avropa ölkələrinin gücündən asılıdır.
Samir


