WP: Maskın ilk trilyonçu olması iddiası dəqiqləşdirilməlidir

DÜNYA
16:26 / 12.06.2026
49

ABŞ-da sahibkar İlon Maskın tarixdə ilk trilyonçu statusu ilə bağlı iddialara şübhə ilə yanaşılıb. 

HİT.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) yazıb.

Nəşrin məlumatına görə, formal olaraq biznesmenin “SpaceX” və “Tesla”dakı paylarının dəyəri kosmik şirkətin səhmlərinin ilkin yerləşdirilməsindən (IPO) sonra 1,1 trilyon dollara qiymətləndirilir. Lakin bu vəsaitin bir hissəsi yalnız uzunmüddətli perspektivdə əldə edilə bilər. Xüsusilə qeyd olunur ki, “SpaceX” səhmlərinin 867 milyard dollar dəyərində hissəsi yalnız Marsda insan koloniyasının yaradılması kimi hədəflər reallaşdıqdan sonra gəlir gətirə bilər.

WP yazır ki, Maskın gəlirləri əsasən müəyyən hədəflərlə bağlı səhmlər şəklində formalaşır. Bu qiymətli kağızlar nəzərə alınmadan onun sərvəti trilyonçu statusu üçün kifayət etmir.

Bundan bir neçə saat əvvəl “Reuters” agentliyi “SpaceX”in IPO-sundan sonra Maskın tarixdə ilk trilyonçu olduğu barədə məlumat yaymışdı. Agentliyin yazdığına görə, ilkin yerləşdirmə zamanı şirkət rekord həcmdə — 75 milyard dollar cəlb edib və IPO-dan əvvəl Maskın sərvəti təxminən 750 milyard dollar olaraq qiymətləndirilib.

Samir

0