Saakaşvili aclıq aksiyasını nə zaman dayandıracaq?

DÜNYA
20:47 / 19.11.2021
974

Oktyabrın 1-dən aclıq aksiyasına başlayan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanadan hərbi hospitala köçürüldükdən sonra aclıq aksiyasına son qoyacağına söz verib.

Bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze deyib. 

Tikaredze Saakaşvilinin köçürülməsi gözlənilən Qori hospitalına baş çəkib. 

“O, aclıq aksiyasını dayandıracağına və ölkədə aclıq aksiyası axınına son qoyulacağına söz verib. Qori xəstəxanası xəstənin tələb etdiyi bütün maddi-texniki baza ilə tam təchiz olunub”, - deyə nazir qeyd edib. 
Tikaradzde Saakaşvilinin buna son verməsindən sonra həkimlərin, deputatların və tərəfdarlarının başlatdığı “aclıq aksiyası epidemiyası”nın başa çatacağına ümid etdiyini bildirib.

2