Şəhid olan polkovnik Vətən Müharibəsi iştirakçısı imiş - Bu video hər kəsi kövrəltdi

ÖLKƏ
01:14 / 01.12.2021
2439

Xəbər verdiyimiz kimi, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Hit.az xəbər verir ki, qəza zamanı həlak olanlardan polkovnik Nəzirov Emil Nəzir oğlu Azərbaycan Ordusunun ilk könüllülərindən olub, birinci Qarabağ müharibəsində iştirak edib.

Vətən müharibəsində göstərdiyi şücaətinə görə isə polkovnik rütbəsinə yüksəlib. “Vətən uğrunda” medalı ilə təltif olunub. 

Bu barədə şəhidin  bacısı oğlu Elnur Məcidli sosial şəbəkədə paylaşım edib.

Şəhidin gitarada mahnı ifa edərkən çəkilmiş videosunu  paylaşılıb. 

Qeyd edək ki, E.Nəzirov 1969-cu ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub. 

Ailəlidir, 3 övladı var. 

0