Bayden Ukraynaya 13 milyard dollardan çox vəsait ayırdı

DÜNYA
23:52 / 15.03.2022
803

ABŞ prezidenti Co Bayden Ukraynaya 13,6 milyard dollar yardımı nəzərdə tutan büdcə layihəsini imzalayıb.

Bu barədə o, “Twitter”də yazıb.

Ukraynaya 13,6 milyard dollar məbləğində yardım təklifi ABŞ Konqresinin Nümayəndələr Palatasında dəstəklənib.

Bu məbləğin 6,5 milyard dolları Pentaqona Ukraynaya hərbi yardım üçün ayrılacaq. Qalan vəsaitlər digər idarələrə - Ukraynaya humanitar və iqtisadi yardıma yönəldiləcək.

1